"Televizor və telefon körpələrdə autizmə meyillilik yaradır" - Baş pediatr

   "Televizor və telefon körpələrdə autizmə meyillilik yaradır" -    Baş pediatr
  25 Avqust 2021    Oxunub:1508
“Bəzi analar elə düşünür ki, cizgi filmləri uşağı inkişaf etdirir. Bu yanlışdır. 2 yaşına qədər uşaqlara isə bu, qətiyyən olmaz”.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.

“Ana ilə ünsiyyət uşaqlar üçün daha faydalıdır. Xüsusilə valideynlər yemək zamanı körpələrə telefon verirlər. Bu, düzgün deyil. Çünki uşaqlar zamanla içinə qapanır, danışmır. Belə hallar uşaqlarda autizmə meyillilik yaradır”, - o bildirib.

Azvision.az


Teqlər: Uşaq  





Xəbər lenti