Yasamalda döyülən şəxs xəstəxanada ölüb

  25 Avqust 2021    Oxunub :488
Yasamalda döyülən şəxs xəstəxanada ölüb
Avqustun 23-ü saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış oldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə edib, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov 23.08.2021-ci il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az

Teqlər: Bakı   Prokurorluq  







Xəbər lenti