Bakıda mənzildən kişi meyiti tapıldı

  25 Avqust 2021    Oxunub :489
Bakıda mənzildən kişi meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən verdiyi xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü İbrahimov Eldar Ənvər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Bakı   Mənzil   Meyit  






Xəbər lenti