ABŞ-da COVID kabusu - Reanimasiyalar tam dolub

      ABŞ-da COVID kabusu    - Reanimasiyalar tam dolub
  25 Avqust 2021    Oxunub:1912
ABŞ-da koronavirusun yeni dalğası nəticəsində yoluxanların çoxalması ilə xəstəxanaların reanimasiya şöbələri 77 faiz dolub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "QuoteWizard" sığorta və təhlil şirkətinin səhiyyə və insan xidmətləri departamentinin hesabatında qeyd edilib.

Hesabatda Arkansas və Alabama əyalətlərinin səlahiyyətliləri bütün reanimasiya şöbələrinin dolu olduğunu, Kentukki valisi isə ağır xəstələri reanimasiyada yerləşdirmək üçün xəstəxanaların köçürüldüyünü açıqlayıb.

Floridada 50 xəstəxanada tibb işçilərinin sayı xəstələrin müalicəsi üçün yetərli deyil. Məlumata əsasən, həftə sonuna qədər daha 60 xəstəxanada səhiyyə işçilərinin çatışmazlığı müşahidə ediləcək.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti