Peyvəndin hamıda eyni immunitet yaratması haqda göstərici yoxdur - Həkim

   Peyvəndin hamıda eyni immunitet yaratması haqda göstərici yoxdur -    Həkim
  26 Avqust 2021    Oxunub:1563
Vaksinasiya barədə bu gün insanlarda müəyyən əminsizlik, inamsızlıq formalaşıb. Amma bu, düzgün yanaşma deyil. İnsanları çaşdıran digər səbəb onların vaksin olunsalar, da COVID-ə yoluxmalarıdır.
Bunu  Azvision.az -a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, vaksin olunmaq yoluxmamaq demək deyil: 

- Vaksin olunan şəxs də koronavirusa yoluxa bilər. Vaksin olunan və olunmayan şəxslərin yoluxmasında heç bir fərq yoxdur. İkisi də eyni dərəcədə yoxlayacaqlar. Lakin vaksin olunan və koronavirusa yoluxan şəxs xəstələnməyəcək və ya xəstələnsə, onu yüngül keçirdəcək. Beləliklə, ölüm halları az olacaq. Vaksin bunun üçündür. O demək deyil ki, "vaksin olundum, maskanı çıxardım gəzim, yoluxmayacam" - V.Cavabzadə əlavə edib ki, vaksinin əhəmiyyəti süni aktiv immunitet yaratmasıdır.

- Vaksin qanda müəyyən müddət antitellər yaradır və xəstəlikdən qoruyur. Vaksinin yaratdığı immunitet 5-6 ay davam edir. Bu dövrdən sonra insan xəstələnə və xəstəliyi ağır keçirə bilər. Buna görə bütün dünyada üçüncü doza vaksinin vurulmasının əhəmiyyəti vurğulanır.



- Bəzi şəxslərdə vaksindən sonra ümumiyyətlə immunitet yaranmaya bilər və yaxud zəif ola bilər. Məsələn, şəkərli diabet olan xəstələrdə immunitet zəif formalaşa bilər. İmmunitetin hamıda eyni səviyyədə formalaşması ilə bağlı konkret göstərici yoxdur".

Həkim infeksionist vurğulayıb ki, virusdan ölən şəxslərin əksəriyyəti vaksinasiyadan kənar olanlardır:

- O şəxslər vaksin vurdursaydılar xəstəliyi yüngül və ya orta ağır keçirərdilər. Və ölüm halları vaksin olunmayanlar arasında bu qədər olmazdı.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti