Qubada “patı” satan dəstə saxlanılıb

Qubada “patı” satan dəstə saxlanılıb
  26 Avqust 2021    Oxunub:2484
Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Azvision.az -a bildirilib ki, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır

Azvision.az



Teqlər: Quba   DİN  





Xəbər lenti