Kabil hava limanı yaxınlığındakı terroru İŞİD törədib

   Kabil hava limanı yaxınlığındakı terroru İŞİD törədib
  26 Avqust 2021    Oxunub:1089
İŞİD terror qruplaşması Kabil hava limanı yaxınlığında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən “Politico” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar da var.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: KAbil   İŞİD  





Xəbər lenti