İraq xaricə çıxarılan 200 milyard dolları geri qaytarmaq istəyir

  26 Avqust 2021    Oxunub :440
İraq xaricə çıxarılan 200 milyard dolları geri qaytarmaq istəyir
İraq hakimiyyəti keçmiş prezident Səddam Hüseynin mülkləri də daxil olmaqla xaricə qanunsuz olaraq çıxarılmış 200 milyard dolları ölkəyə qaytarmağa çalışır.
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Əli Ələvi hökumətin iclasında bildirib. Onun sözlərinə görə, bir vaxtlar İraqdan 150-200 milyard dollar qaçaqmalçılıq yolu ilə çıxarılıb ki, bunun da yalnız 5% -i keçmiş rejimin pullarıdır:

“Bu pullar xaricdə nə qədər uzun müddət qalsa, sızıntılar da bir o qədər çox olar. Vəsaiti geri qaytarmaq üçün digər ölkələrlə və beynəlxalq məhkəmələrlə işləməliyik, bu çox çətindir. Livan Mərkəzi Bankı İraqdan vaxtında köçürülmüş 20 milyard dolların yoxa çıxması barədə əvvəl Bağdada məlumat vermişdi”.

Qeyd edək ki, İraqın 2021 -ci il büdcəsi parlament tərəfindən 90 milyard dollar olaraq təsdiqlənib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İraq  






Xəbər lenti