Kabildəki partlayışlarda ən azı 28 "Taliban" üzvü həlak olub

Kabildəki partlayışlarda ən azı 28 "Taliban" üzvü həlak olub
  27 Avqust 2021    Oxunub:1046
Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb.

"Amerikalılardan daha çox insan itirdik", - "Taliban" nümayəndəsi deyib.
Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyini əlavə edib.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatı hadisəni şiddətlə qınayıb, günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Azvision.az



Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti