Almaniya ilə Rusiya arasında ərazi mübahisəsi

       Almaniya ilə Rusiya    arasında ərazi mübahisəsi
  27 Avqust 2021    Oxunub:1501
Kreml Kalininqrad bölgəsinin Almaniyanın tərkibində göstərildiyi seçki plakatlarını qınayıb. Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Berlinin Rusiyanın ərazi bütövlüyünə şübhə altına almadığını bildirib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xıbır verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Kalininqrad vilayətinin Almaniyanın tərkibində göstərən seçki plakatlarına mənfi reaksiya verdiyini söyləyib.

Onun sözlərinə görə, bu hərəkətin Berlinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
"Berlin rəsmi olaraq Rusiya Federasiyasının ərazi bütövlüyünü şübhə altına almır", - Peskov deyib.

O əlavə edib ki, bu vəziyyət Almaniyadakı müəyyən siyasi qüvvələrin hansısa ərazi istəklərinin olub-olmadığını anlamağa imkan verəcək.

Bundan əvvəl Almaniyanın federal Meklenburg-Vorpommern əyalətində 1949-cu il siyasi partiyalarının seçki plakatlarının surətləri asılıb. Həmin plakatlarda Kalininqrad bölgəsi müharibədən əvvəlki Almaniyanın tərkib hissəsi kimi göstərilib. Bu plakatlara indi bir hissəsi Polşaya aid olan bütün Şərqi Prussiya Almaniya ərazisinin bir hissəsi kimi göstərilib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Almaniya   Rusiya   Kalininqrad  





Xəbər lenti