"Qarabağ" UEFA-ya müraciət etdi

  27 Avqust 2021    Oxunub :510
"Qarabağ" UEFA-ya müraciət etdi
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin oyunları ilə bağlı UEFA-ya müraciət edib.
Bu barədə Azvision.az -a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Ağdam təmsilçisi qrupun ilk oyununu səfərdə keçirmək istəyir. Bu da Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu ilə bağlıdır. Artıq ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər başlandığından “Qarabağ” ev oyununu mümkün qədər gec keçirmək və bununla da vaxt qazanmaq istəyir.

Klub rəsmisi onu da bildirib ki, “Qarabağ”ın qrupundakı oyunların dəqiq vaxtı ən geci sabah bilinəcək.

Xatırladaq ki, “Qarabağ” H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə mübarizə aparacaq.

Azvision.az



Teqlər:






Xəbər lenti