Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər - FOTO

   Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər -    FOTO
  27 Avqust 2021    Oxunub:1116
Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.
Müdafiə Nazirliyindən Azvision.az - a verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarus birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.




Azvision.az



Teqlər: OrduOyunları   Moskva  





Xəbər lenti