"ABŞ Əfqanıstanda diplomatik varlığını başa çatdırır" - Psaki

"ABŞ Əfqanıstanda diplomatik varlığını başa çatdırır" -    Psaki
  27 Avqust 2021    Oxunub:1279
"ABŞ 31 avqusta qədər Əfqanıstanda diplomatik iştirakına son qoymaq niyyətindədir, planlar dəyişməyib".
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib. Onun sözlərinə görə, qarşılıqlı əlaqəni davam etdirməyin yolları nəzərdən keçirilir.

"ABŞ Prezidenti dövlət katibinə hərbi iştirakımız bitdikdən sonra da üçüncü ölkə vətəndaşlarının və vizası olan əfqanların Kabildən çıxarılmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla diplomatik səyləri davam etdirməyi tapşırıb. Bunun bir hissəsi də “Taliban”la qarşılıqlı şəkildə əlaqəli yanaşma olacaq. Çünki ABŞ və üçüncü ölkə vətəndaşlarının, vizası olan əfqanların təxliyəsi üçün "Taliban"la qarşılıqlı əlaqə qurmalıyıq", - Psaki əlavə edib.

Vaşinqtonun "Taliban"la Əfqanıstandakı səfirliyinin saxlanmasını müzakirə etməsinə dair mediada yayılan xəbərlərə münasibət bildirən rəsminin sözlərinə görə, davam edən koordinasiya diplomatik varlıq demək deyil.

Psaki bildirib ki, Ağ Ev "İŞİD" terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin ABŞ-da terror aktları həyata keçirə biləcəyini düşünmür.

Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti