Kabil hava limanına Türkiyə nəzarət edəcək

 Kabil hava limanına  Türkiyə nəzarət edəcək
  28 Avqust 2021    Oxunub:2715
Əl-Cəzirə telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər verir ki, Türkiyə Taliban hərəkatının Kabil hava limanının idarə edilməsi ilə bağlı müraciətini təsdiqləyib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, "Türkiyə hərəkatın Kabil hava limanının idarə edilməsi üçün müraciət etdiyini təsdiqləyib", - hərəkatdakı mənbə telekanala bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban hərəkatının təhlükəsizliyi özü təmin edəcəyini bildirdiyini, ancaq hava limanının idarə edilməsinin Türkiyəyə təklif edildiyini söyləmişdi.

O, Ankaranın bu təklifə niyə dərhal cavab vermədiyini də açıqlayıb.

“Çünki orada hər an insidentlər və itkilər ola bilər. Əgər hava limanını biz idarə edərkən dünənki terror hadisələrinə bənzər bir şey baş versə, insanlar ölsə, bunu hər hansı şəkildə izah edə bilməyəcəyik", - TASS ona istinadən xəbər verir.

O eyni zamanda qeyd edib ki, səbəb və istək olduğu təqdirdə Ankaranın Talibanla təmasları mümkündür. "Heç kəs bizə kimlə danışıb-danışmamağı əmr edə bilməz. Biz icazə istəməyəcəyik” , - Ərdoğan deyib.



Bundan əlavə, Talibandakı mənbə hərəkatın Kabil hava limanının istismarı üçün Qətərdən texniki yardım istəyəcəyini də bildirib.

Türkiyənin təhlükəsizlik qüvvələrindəki mənbələr daha əvvəl bildirmişdilər ki, Ankara Kabil hava limanını idarə etmək niyyətində olmayıb, lakin bu məsələdə Taliban hərəkatına kömək etməyə hazır olduğu bildirilib.

İyulun sonunda Ərdoğan ABŞ lazımi dəstəyi verəcəyi təqdirdə Ankaranın Kabil hava limanının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğunu açıqlamışdı. Azərbaycan ordusunun sülhməramlı hissəsinin də Türkiyə ordusu ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edəcəyi bildirilirdi. Lakin Taliban qalib gəldikdən sonra ABŞ ordusunun nəzarətində olan Kabil hava limanında böyük bir panika yaşandı.

Bu arada Türkiyənin Əfqanıstandakı səfirliyinin əməkdaşları türk hərbçilərinin yerləşdiyi Kabul hava limanı ərazisinə köçürülüb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Türkiyə   Taliban   Havalimanı  





Xəbər lenti