50 nəfərlik toylarda da COVID pasportu tələb olunacaq

 50 nəfərlik toylarda da COVID pasportu tələb olunacaq
  28 Avqust 2021    Oxunub:1075
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilmsə haqqında qərar imzalayıb.
Azvision.az xəbər verir ki, qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə COVID pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Toy   COVIDpasport  





Xəbər lenti