Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib

  28 Avqust 2021    Oxunub :450
Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.
DMX-dən Azvision.az -a bildiriblər ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.



Azvision.az

Teqlər: DMX  







Xəbər lenti