Qırğızıstanda noyabrın 28-i parlament seçkiləri keçiriləcək

  29 Avqust 2021    Oxunub :347
Qırğızıstanda noyabrın 28-i parlament seçkiləri keçiriləcək
Qırğızıstan parlamentinə deputat seçkiləri 2021-ci il noyabrın 28-nə təyin edilib.
Azvision.az -ın TASS -a istinadən verdiyi xəbərə görə, Qırğızıstan dövləti mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Sadır Japarov bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, bu il noyabrın 28-i Yeni Çağırış Qırğız Respublikası Joqorku Keneşə deputat seçkisi günü təyin edilib.

Avqustun 27-də ölkədə Seçkilər Haqqında Konstitusiya Qanunu qüvvəyə minib. Qanunda deputat seçkisinin yeni qaydası təsbit edilib. Deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-sı majoritar sistem üzrə seçiləcək. Əvvəlki qaydada ölkənin ali qanunverici orqanı yalnız partiya siyahıları əsasında formalaşdırılırdı.

Azvision.az


Teqlər: Qırğızıstan  







Xəbər lenti