Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasının finalında

  29 Avqust 2021    Oxunub :456
Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasının finalında
Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasının finalına yüksəlib.
Azvision.az xəbər verir ki, təmsilçimiz 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində 23,98 saniyəlik nəticə ilə üçüncü olub və həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, daha əvvəl R.Saleh 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında qızıl medala sahib olub.

Azərbaycan komandasının hesabında 8 qızıl və 2 bürünc medal var.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Azvision.az

Teqlər:







Xəbər lenti