“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib - VİDEO

  29 Avqust 2021    Oxunub :377
“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib -  VİDEO
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələsi keçirilib.
Bu barədə Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.

Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə Rusiya komandası 38 xalla birinci, Qazaxıstan və İran komandaları 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandası isə 32 xalla üçüncü yerə layiq görülüblər.

Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.




Azvision.az


Teqlər:







Xəbər lenti