KİV: ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7 -yə çatıb

      KİV:    ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7 -yə çatıb
  29 Avqust 2021    Oxunub:847
ABŞ Silahlı Qüvvələrinin bazar günü Əfqanıstanın paytaxtına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7 -yə çatıb. Bu barədə Əfqanıstan Times qəzeti məlumat yayıb.
Bundan əvvəl 4-ü uşaq olmaqla 6 nəfərin öldüyü, həmçinin 4 Kabil sakininin yaralandığı bildirilib. Qeyd edək ki, ölənlərin siyahısına avtomobili məhv edilən kamikadze də daxildir. Məlumata görə, ABŞ qüvvələrinin endirdiyi aviazərbə iki avtomobili və bir yaşayış binasını qismən dağıdıb. Zərbənin hədəfinin hava limanına hücum etmək istəyən kamikadzenin avtomobili olub.

Əl -Cəzirə telekanalı raket zərbəsindən sonra avtomobildə çoxlu partlayıcı maddələr olduğu üçün ikinci dərəcəli partlayışların baş verdiyini bildirib.

Azvision.az



Teqlər: Kabil  





Xəbər lenti