Kabil aeroportu raket atəşinə tutulub - KİV

Kabil aeroportu raket atəşinə tutulub -    KİV
  30 Avqust 2021    Oxunub:1103
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanına bir neçə raket atılıb. Raketlər ABŞ hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Azvision.az xəbər verir ki, bu barədə “CNN” adının açıqlanmadığı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Amerika tərəfinin itkisi yoxdur, amma hər şey dəyişə bilər.
Ümumilikdə 5 raket atılıb, onların hamısının quru qüvvələrini raketlərdən, toplardan və minaatan mərmilərindən qorumaq üçün nəzərdə tutulmuş C-RAM müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı tam aydın deyil.

"Associated Press"in şahidləriə istinadən verdiyi xəbərə görə, raketlər hava limanına yaxın əraziyə düşüb. Partlayışların ardınca atəş səsləri eşidilib. Partlayışlardan sonra insanlar qaçmağa başlayıblar.

Azvision.az



Teqlər: Kabil   Partlayış  





Xəbər lenti