"Türkiyə əfqan qaçqınları qəbul edə bilməyəcək" - Çavuşoğlu

   "Türkiyə əfqan qaçqınları qəbul edə bilməyəcək" -    Çavuşoğlu
  30 Avqust 2021    Oxunub:1290
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın miqrasiya ilə bağlı mənəvi və humanitar öhdəliklərini tam şəkildə yerinə yetirdiyini açıqlayıb.
Lakin Ankara Əfqanıstandan olan qaçqınlara sığınacaq verə bilməyəcək. Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Heiko Maas ilə danışıqlardan sonra Antalyada keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə miqrasiya ilə bağlı mənəvi və humanitar öhdəliklərini tam şəkildə yerinə yetirib. Əlavə qaçqın dalğasından söhbət gedə bilməz”,
- “Reyter” agentliyi Çavuşoğludan sitat gətirib.

Türkiyə Əfqanıstandan olan qaçqınların qəbulu məsələlərindən mümkün qədər uzaqlaşmaq niyyətindədir, çünki bunun üçün əlavə vəsait ayırmaq imkanına malik deyil. Hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik daha əvvəl söyləmişdi: " Ölkənin əlavə olaraq bir miqrant qəbul etməyə belə resursları yetərli deyil və Türkiyə qaçqın düşərgəsi deyil". Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində, Ankaranın Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini və qaçqın probleminin effektiv şəkildə həlli üçün digər dövlətlərlə birlikdə çalışdığını ifadə edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Türkiyə   Əfqanıstan   Qaçqınlar  





Xəbər lenti