"ABŞ Kabildə diplomatik missiyasını bağlayacaq" - Blinken

  30 Avqust 2021    Oxunub :587
 "ABŞ Kabildə diplomatik missiyasını bağlayacaq" -    Blinken
"Taliban"ın nəzarət etdiyi Əfqanıstanda Amerika diplomatik nümayəndəliyinin saxlanılması ehtimalı azdır".
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “NBC” telekanalına müsahibəsində bildirib.

Dövlət katibi ABŞ-ın Əfqanıstanı tərk etmək istəyən və sentyabrın 1-nə qədər ölkədən çıxmayan insanlara yardım göstərmək öhdəliyinin qüvvədə qalacağını vurğulayıb.

"İnsanların Əfqanıstandan çıxmağa qərar verdikləri təqdirdə onların ölkəni tərk etmələrini asanlaşdıran yollarımız və mexanizmlərimiz var", - Blinken deyib.

ABŞ Dövlət Departamentinin rəhbəri taliblərin 31 avqustdan sonra sərhədləri açıq saxlamaq vədini yerinə yetirəcəyinə ümid etdiyini bildirib: "İndi, əlbəttə ki, taliblərin sözünə inanmırıq. Onları əməllərinə görə qiymətləndiririk və müşahidə edirik".

Daha əvvəl "Taliban" tezliklə Kabil hava limanına tam nəzarət edəcəyini açıqlayıb. 29 avqust tarixinə olan məlumata görə, ABŞ Silahlı Qüvvələri Əfqanıstandan təxminən 140 min adamı təxliyə edib.

"Taliban" 15 avqustda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Bundan sonra minlərlə insan ölkəni tərk etmək üçün paytaxt hava limanına sığındı.

Azvision.az

Teqlər: Əfqanıstan   ABŞ  







Xəbər lenti