“İda” qasırğası ABŞ-da milyonlarla insanı işıqsız qoyub

      “İda” qasırğası    ABŞ-da milyonlarla insanı işıqsız qoyub
  30 Avqust 2021    Oxunub:1287
Amerikanın Luiziana ştatında cövlan edən “İda” qasırğası ucbatından bir milyondan çox insan işıqsız qalıb.
Azvision.az “Poweroutage.us” profil portalına istinadən xəbər verir ki, Amerikanın cənubundakı Luiziana əyalətində bir milyondan çox ev və müəssisə İda qasırğası səbəbindən elektriksiz qalıb.

Portal yazır ki, Bakı vaxtı ilə saat 08.06 -ya olan məlumata görə, Luiziana ştatının 1000 809 evində elektrik yoxdur. Qonşu Missisipi əyalətində 40 mindən çox abonent elektriksiz qalıb.

Mümkün olan beş kateqoriyadan ikincisinə aid edilən qasırğa bazar günü Luiziana sahillərini vurub və külək saatda 165 kilometrdən yüksək sürət və qəzəblə əyalətin üzərinə şığıyıb. Yerli hakimiyyət orqanlarına verdiyi məlumata görə, qasırğa iri sənaye şəhəri Yeni Orleanı da enerjisiz qoyub. ABŞ Prezidenti Co Bayden ərazini təbii fəlakət zonası elan edib. Luiziana ştatında qasırğa nəticəsində azı bir nəfər ölüb.

Nadir Quliyev
Azvision.az



Teqlər: ABŞ   İda-qasırğası  





Xəbər lenti