Həyat yoldaşını bıçaqlayan Masallı sakini saxlanılıb

Həyat yoldaşını bıçaqlayan Masallı sakini saxlanılıb
  30 Avqust 2021    Oxunub:857
Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Masallı rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Masallı   bıçaqlanma  





Xəbər lenti