"Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur" - Ombudsman

   "Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur" -    Ombudsman
  30 Avqust 2021    Oxunub:1272
Ermənistanın hərbi təcavüzü ilə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşı var. Bütün sübutların olmasına baxmayaraq, Ermənistan Azərbaycan vətəndaşlarını girov saxlaması faktını inkar etməyə çalışır. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, 100-lərlə azərbaycanlıya erməni əsirliyində aldığı fiziki və psixi travmalar nəticəsində müxtəlif əlillik qrupları təyin edilib:

“Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım. Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqlarını bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər”.

Azvision.az



Teqlər: Ombudsman   Əsir   Girov  





Xəbər lenti