İnsan alveri və məcburi əməklə bağlı 1714 cinayət qeydə alınıb

İnsan alveri və məcburi əməklə bağlı 1714  cinayət qeydə alınıb
  30 Avqust 2021    Oxunub:1146
“İnsan alveri cinayətlərinin Azərbaycanın Cinayət Məcəlləsinə müstəqil cinayət növü kimi təsdiqindən 2005-ci ildən 2021-ci ilə qədər keçirilən istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri 1714 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb”.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Həzi Aslanov deyib.

Onun sözlərinə görə, bununla bağlı 594 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Müəyyən edilmiş 1070 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin edilib".

Azvision.az



Teqlər:





Xəbər lenti