Göyçayda direktor müavinini "tok" vurdu

Göyçayda direktor müavinini "tok" vurdu
  30 Avqust 2021    Oxunub:2093
Prokurorluq Göyçay rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan Azvision.az -a daxil olan məlumatda deyilir:

"Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır".

Azvision.az



Teqlər: Göyçay  





Xəbər lenti