Almaniya səfirliyi jurnalistin ölümünə görə başsağlığı verib

   Almaniya səfirliyi jurnalistin ölümünə görə başsağlığı verib
  30 Avqust 2021    Oxunub:1182
"Almaniya səfirliyi keçmişdə birlikdə çalışma fürsəti olmuş gənc jurnalist Şahverdi Şirinliyə (Oğuz Altay) görə kədərlənir. O, 2021-ci ilin 28 avqust tarixində koronavirusdan həyatını itirib. Cəmi 32 yaşı vardı".
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib.

“Oğuz bu yaxınlarda Mingəçevirdə virusun sürətlə yayıldığını yazmışdı: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi şəkildə yenidən koronavirusa yoluxublar”. Bu, onun "Facebook"da paylaşdığı son yazısıdır. Onun əziz xatirəsinə ehtiramla son sözünü çatdırmaq istəyirik: "Delta" variantına yoluxma hazırda Azərbaycanda yenidən yüksəlib. Diqqətli olmağı, sosial məsafəni saxlamağı, maska taxmağı və tez-tez dezinfeksiya olunmağı məsləhət görürük. Xahiş edirik ki, peyvənd olunasınız, yalnız peyvənd xəstəliyin ağır nəticələrindən qoruyur.

Düşüncələrimiz və dualarımız ailəsi, dostları və həmkarları ilədir", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, gənc jurnalist "AzVision.az" və "Femida.az" saytlarında çalışıb.

Azvision.az



Teqlər: Almaniyasəfirliyi   jurnalist  





Xəbər lenti