Xalq Rəssamı: "Şuşa xalçalarını yenidən burada görmək bizə qürur hissi yaşadır"

  30 Avqust 2021    Oxunub :359
      Xalq Rəssamı:    "Şuşa xalçalarını yenidən burada görmək bizə qürur hissi yaşadır"
Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğurdan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb.
Azvision.az xəbər verir ki, bunu Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə bağlı təəssüratını bölüşən Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov jurnalistlərə müsahibəsində deyib:

“Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.

Azvision.az

Teqlər: Şuşa   Xalça  







Xəbər lenti