Vaqif Poeziya Günləri çərçivəsində ədəbi simpozium nəzərdə tutulur

Vaqif Poeziya Günləri çərçivəsində ədəbi simpozium nəzərdə tutulur
  30 Avqust 2021    Oxunub:790
Bir il əvvəl bizə desəydilər ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin inanmazdıq. Zaman dəyişdi, bizə yuxu kimi görünən bu fikir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.
Azvision.az xəbər verir ki, bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söyləyib. O, bu günün unudulmaz olduğunu qeyd edib:

"Burada iştirak edən hər bir insanın həyatına, yaddaşına qızıl hərflərlə yazılan bir gündür. Vaqif Poeziya Günləri ənənəvi olaraq 1982-ci ildən qeyd olunurdu. Erməni işğalından sonra buna ara verildi. Torpaqlarımız işğaldan azad olunandan sonra Molla Pənah Vaqifin məqbərəsi yenidən bərpa edildi, poeziya günlərinin keçirilməsi ilə bağlı qərar verildi.

Bu gün açılışını etdiyimiz Vaqif Poeziya Günləri bir neçə gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium nəzərdə tutulur”.

Azvision.az



Teqlər:





Xəbər lenti