Ukrayna Rusiya ilə sərhədləri bağlamaq istəmir

   Ukrayna Rusiya ilə sərhədləri bağlamaq istəmir
  31 Avqust 2021    Oxunub:2032
Ukrayna Prezidenti Vladimir Zelenskinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç avqustun 30-da Kiyevin Rusiya ilə ticarət əlaqələrini kəsməsinin və sərhədi bağlamasının sərfəli olmadığının səbəblərini açıqlayıb.
“Çünki Rusiya həcm baxımından beşinci ən böyük ticarət ortağımızdır və dünya mürəkkəb şəkildə qurulub. Hər şeyi bağlasaq, hərbi vəziyyət və s. elan etsək belə, siyasətdə və həyatda həmişə belə bir sual yaranacaq: “Yaxşı, bəs sonra? Nəticə nə olacaq?" – Azvision.az “İsvestiya” nəşrinə istinadən xəbər verir ki, Aleksey Arestoviç bunları Ukrayna 24 telekanalının efirində söyləyib.

O, 80 ildən çoxdur düşmənçilik edən, buna baxmayaraq diplomatik əlaqələri kəsməyən İran və İraqı nümunə göstərib.

Siyasətçi ona da qeyd edib ki, Kiyev hazırda "Rusiyadan asılılığın azaldılmasına" doğru irəliləyir, halbuki Rusiya bir vaxtlar Ukraynanın ilk tərəfdaşı olub, amma indi beşinci yeri tutur.



Avqustun 17-də Ukraynanın eks-prezidenti Viktor Yanukoviç ölkənin 30 illik müstəqillik dövründə əsas səhvinin Rusiya ilə mehriban qonşuluqdan imtina etməsini göstərmişdi. O, Ukraynanın Rusiyadan imtina etməsinin cəmiyyətdə parçalanmaya, sosial qeyri-sabitliyə, dərin iqtisadi böhrana, millətçi təşkilatların azğınlığına, müxalifətin təqib edilməsinə, həmçinin rejimə zidd olan medianın təqibinə gətirib çıxardığını söyləmişdi.

İyunun 2 -də Ali Radanın “Müxalifət Platforması - Həyat naminə” partiyasından deputatı Vadim Rabinoviç Rusiya ilə ticarət əlaqələrinin rədd edilməsinin Ukrayna iqtisadiyyatı üçün fəlakət olduğunu bildirmişdi. Millət vəkili Kiyevin bütün qonşuları ilə dalaşdığına diqqət çəkmiş, bunun Ukrayna üçün izsiz ötüşməyəcəyini qeyd etmişdi.
Yanukoviç 2014-cü il dövlət çevrilişinin səbəblərindən danışıb

Rusiya ilə Ukrayna arasındakı münasibətlər 2014-cü ildə keçirilən referendum nəticəsində Krım yarımadasının Rusiyaya birləşdirilməsindən sonra pisləşib. O zaman Krım seçicilərinin 96,77% -i və Sevastopol sakinlərinin 95,6% -i yarımadanın Rusiya Federasiyasına daxil olmasına səs verdiyi bildirilmişdi. Kiyev Krımı müvəqqəti işğal olunmuş ərazi elan edərək, ona olan iddialarını saxlayır. Rusiya Federasiyası rəhbərliyi isə israrla bildirir ki, bölgə sakinləri beynəlxalq hüquqa tam uyğun olaraq demokratik şəkildə yenidən Rusiyaya birləşməyə səs veriblər.

Nadir Quliyev
Azvision.az




Teqlər:   Ukrayna   Rusiya   Sərhəd  





Xəbər lenti