Bərdədə seyfdən 19 min manat oğurlanıb

Bərdədə seyfdən 19 min manat oğurlanıb
  31 Avqust 2021    Oxunub:1010
Avqustun 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 19000 manat pulun oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun Aztelekom MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib. İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti