“Məşğulluq marafonu”na 455 işəgötürən qoşulub

  31 Avqust 2021    Oxunub :365
“Məşğulluq marafonu”na 455 işəgötürən qoşulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 455-ə çatıb.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, həmin işəgötürənlərin 234-ü dövlət, 221-i özəl müəssisələrdir.

Onlar tərəfindən marafona 2044 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 566-a çatıb ki, onlardan 460-ı qazi, 106-sı şəhid ailəsi üzvləridir.

Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Azvision.az

Teqlər: Məşğulluq  







Xəbər lenti