Pilotsuz təyyarə Səudiyyədə 8 nəfəri yaralayıb

Pilotsuz təyyarə    Səudiyyədə    8 nəfəri yaralayıb
  31 Avqust 2021    Oxunub:1085
Səudiyyə Ərəbistanının cənubundakı Abha şəhərinin hava limanına pilotsuz təyyarənin hücumu nəticəsində çərşənbə axşamı bir mülki təyyarə zədələnib, 8 nəfər yaralanıb. Azvision.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı Ər-Riyadın rəhbərlik etdiyi Ərəb koalisiyasının bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, "Ənsari-Allah" (Husilər) hərəkatı üsyançılarının Yəmən ərazisindən buraxdığı partlayıcılarla doldurulmuş bir pilotsuz təyyarəni hava limanı bölgəsində hava hücumundan müdafiə sistemləri vurub. Ancaq dronun fraqmentlərini ələ keçirməyə cəhd təyyarənin parçalarının yerə düşməsi ilə nəticələnib, bu da insan tələfatına və uçuş zolağında dayanan təyyarənin zədələnməsinə səbəb olub.

Nadir Quliyev
Azvision.az



Teqlər: Səudiyyə   PUA-hücumu  





Xəbər lenti