"Əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh üçün vacibdir" - ATƏT sədri

   "Əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh üçün vacibdir" -    ATƏT sədri
  31 Avqust 2021    Oxunub:1013
"Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir".
Azvision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.

O qeyd edib ki, 2020-ci ildə əldə olunmuş atəşkəs ikinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinə son qoyub və ATƏT regionda öz səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməlidir.

ATƏT sədrinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.

Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan Linde bildirib ki, əməkdaşlıq məsələləri infrastruktur, rabitə və ətraf mühit kimi sahələri əhatə edə bilər: "Mənim xüsusi nümayəndəm hər üç ölkə ilə əməkdaşlıq edir və biz tərəflərin konstruktiv yanaşmasını qiymətləndiririk".

Azvision.az



Teqlər: ATƏT   Azərbaycan   Ermənistan  





Xəbər lenti