"Gəncədə küçəyə atılan uşaq sağlamdır" - Xəstəxana

  31 Avqust 2021    Oxunub :626
   "Gəncədə küçəyə atılan uşaq sağlamdır" -    Xəstəxana
Gəncə şəhər 2 saylı uşaq xəstəxanası küçəyə atılmış uşaqla bağlı məlumat yayıb.

Xəstəxanada Azvision.az -a verilən məlumata görə, 30.08.2021 ci il tarixdə Gəncə şəhər Adilxanlı küçəsində polis əməkdaşları tərəfindən küçəyə atılmış qız uşağı tapılıb və uşaq xəstəxanasına təhvil verilib.
"Uşağın çəkisi 7000, 0 qr, boyu 64 sm, təxmini 5- 6 aylıqdır. Uşaq həkimlər tərəfindən  müayinə edilmiş, ümumi vəziyyəti praktiki sağlam qiymətləndirilib. Onun haqqında İcra Hakimiyyətinə və qəyyumluq komissiyasına məlumat verilib".

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəncə   Uşaq   Küçə  







Xəbər lenti