"Qarşılıqlı anlaşma yaradacaq bütün addımlar alqışlanacaq" - Lavrov

"Qarşılıqlı anlaşma yaradacaq bütün addımlar alqışlanacaq" -  Lavrov
  31 Avqust 2021    Oxunub:1987
“Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının tənzimlənməsinə, qarşılıqlı anlaşmanın tapılmasına kömək edəcək bütün addımları alqışlayacağıq”.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Lavrov bildirib ki, Moskva üçtərəfli formatda imzalanmış Qarabağ razılaşmalarına sadiqdir: "İndi söhbət prosesin bərpa olunmasından deyil, artıq imzalanmış sənədlərin icrasından gedir".

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri A.Mirzoyan Moskvada işgüzar səfərdədir.

Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti