Saatlıda "patı" satanı tutublar

  31 Avqust 2021    Oxunub :531
Saatlıda "patı" satanı tutublar
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakini Peyman Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı P.Mahmudov narkotik maddəni Azər adlı şəxsdən aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Bəylik kənd sakini Azər Cavadov da saxlanılaraq istintaqa təqdim olunub. Ona məxsus evə keçirilən baxış zamanı isə oradan satış üçün hazırlanmış 13 büküm “patı” adlanan psixotrop maddə - metamfetamin və iki büküm narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Saatlı   Patı  






Xəbər lenti