"COVİD-19" ağ ciyər xəstəliyi deyil - ABŞ alimləri

"COVİD-19" ağ ciyər xəstəliyi deyil -    ABŞ alimləri
  31 Avqust 2021    Oxunub:2537
ABŞ-dakı elm adamları COVID-19 koronavirusunun əbəs yerə tənəffüs yolu xəstəliyi olaraq qəbul edildiyini sübut etdilər.
Covid pandemiyasının əvvəlində koronavirusun tənəffüs yolu xəstəliyi olduğuna inanılırdısa, yoluxanlar xarakterik simptomlar göstərirdilərsə, bu gün elm adamları əmindirlər ki, COVID-19-un yaratdığı xəstəliyi tənəffüs yolu xəstəliyi saymaq olmaz, Azvision.az "MedicForum Journal Circulation"a istinadən xəbər verir.

Kaliforniya Universitetinin (San Diego) alimləri "COVİD"in ağciyər deyil, damar xəstəliyi olduğuna əmindirlər. Belə ki, virus insanın arterial və ya qan dövranı sisteminə yoluxur. Hətta ağciyərlərə təsiri tənəffüs sisteminin damar toxumasının iltihabı ilə həyata keçirilir.

Azvision.az



Teqlər: ABŞ-alimləri   Covid-19  





Xəbər lenti