Şəmkirdə bazarda yanğın olub

  01 Sentyabr 2021    Oxunub :729
Şəmkirdə bazarda yanğın olub
Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib.

Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Şəmkir   Yanğın  







Xəbər lenti