“YAŞAT” Fondu daha 3 qazini Türkiyəyə göndərib

  01 Sentyabr 2021    Oxunub :494
  “YAŞAT” Fondu daha 3 qazini Türkiyəyə göndərib
Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.


Azvision.az xəbər verir ki, bunlar Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu və Səlimzadə Tural Vasif oğludur.
Allah qazilərimizə şəfa versin!

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.



Azvision.az

Teqlər: YAŞAT  







Xəbər lenti