Britaniya kəşfiyyatı "Taliban"la gizli danışıqlar aparıb

   Britaniya kəşfiyyatı "Taliban"la  gizli danışıqlar  aparıb
  01 Sentyabr 2021    Oxunub:3109
Böyük Britaniyanın MI6 (Military Intelligence, Section 6) kəşfiyyat xidmətinin nümayəndələri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ilə gizli dialoq aparıb. Məqsəd Əfqanıstandan Qərbə terror hücumları üçün istifadə edilməyəcəyinə dair zəmanət almaq olub.
Azvision.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, “Taliban”la iki həftə davam edən danışıqları Britaniyanın Kabildəki səfirliyində ingilis kəşfiyyat zabitləri aparıb. Bundan əlavə, Qətərin paytaxtı Dohada ikitərəfli təmaslar həyata keçirilib.

MI6 bu mövzuda şərh verməkdən imtina edib.

Məlumatlı mənbəyə görə, təhlükəsizlik xidmətləri “Taliban”ın yenidən Əfqanıstana Qərbə hücum planlaşdıran terrorçular üçün bir baza olaraq istifadə edilməsinə icazə verəcəyindən qorxur. "Həmişə ən çox narahat olduğumuz məsələ budur. Bu, onlarla mübarizə aparmaq üçün qırmızı xəttdir", - mənbə bildirib.

“Taliban”la danışıqları Britanya baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Simon Qass davam etdirib. Eyni zamanda ölkənin Birləşmiş Kəşfiyyat Komitəsinin rəhbəri olan Qass bir neçə gün əvvəl Dohaya gəlib və Qətərdə yüksək rütbəli "Taliban" üzvləri ilə görüşüb.

Azvision.az



Teqlər: Britaniya   Əfqanıstan  





Xəbər lenti