"Bitki sağlamlığı haqqında” qanun yenilənir

"Bitki sağlamlığı haqqında” qanun yenilənir
  01 Sentyabr 2021    Oxunub:1024
Bitkilərin dövriyyəsinə və istifadəsinə nəzarət edilməsi üçün müvafiq orqanlarla birlikdə lazımi tədbirlər həyata keçirilir. Belə ki, “Bitki sağlamlığı haqqında” qanun yenidən hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, dəyişiklik beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanır.

“Hal-hazırda ölkə üzrə fitosanitar laboratoriyaların sayı 5-ə çatdırılıb. Bunlar Bakı və Abşeronla yanaşı regionları da əhatə edir. Onların maddi-texniki bazaları zənginlənləşdirilib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qanun  





Xəbər lenti