Xocavənd sakinindən narkotik götürülüb

Xocavənd sakinindən narkotik götürülüb
  01 Sentyabr 2021    Oxunub:696
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az - a verilən məlumata görə, daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Axullu kənd sakini Əli Nəzərov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirlir.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti