Hansı marketlərdə COVID pasportu tələb olunacaq?

   Hansı marketlərdə COVID pasportu tələb olunacaq?
  01 Sentyabr 2021    Oxunub:931
Kiçik marketlərə giriş üçün COVID-19 pasportu tələb olunmayacaq. Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əgər market iri ticarət mərkəzinin daxilindədirsə, o zaman giriş üçün COVID-19 pasportu tələb olunacaq. Ancaq market kənarda yerləşirsə, pasport tələb olunmayacaq.

Həmçinin bildirilib ki, iri ticarət mərkəzi olan böyük marketlərə giriş üçün də COVID-19 pasportu tələb olunacaq.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti