Poliklinikanın qapısını sındıran şəxs qazi deyil - DİN

  01 Sentyabr 2021    Oxunub :656
   Poliklinikanın qapısını sındıran şəxs qazi deyil -    DİN
“Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxslə bağlı araşdırma aparılıb. O qeyd etdiyi kimi qazi deyil"
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az -a açıqlamasında bildirib ki, həmin şəxsin kimliyi məlum olub:

“Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun birinci Qarabağ müharibəsi zamanı döyüşməsi ilə bağlı dedikləri yalandır. Birinci Qarabağ döyüşləri zamanı onun 16 yaşı olub. Onun törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb. Sosial şəbəkədə yayılan videogörüntüyə əsasən arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: DİN  






Xəbər lenti