Açıq havada olan kafe və restoranlarda COVID pasportu tələb olunmayacaq - DİN
Bunu Azvision.az -a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E. Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. İctimai iaşə obyektlərinə restoran və kafelər də aid edilir.
Qaydaların pozulmasına görə isə vətəndaşlar deyil, restoran, kafe və digər iaşə obyektlərinin sahibləri məsuliyyət daşıyırlar.
Azvision.az
Teqlər: DİN