Yaponiya Əfqanıstan üzrə müvəqqəti missiyasını Dohaya köçürür

 Yaponiya Əfqanıstan üzrə müvəqqəti missiyasını Dohaya köçürür
  01 Sentyabr 2021    Oxunub:1352
Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda işini dayandırmış diplomatik missiyasını müvəqqəti olaraq fəaliyyət göstərdiyi İstanbuldan Dohaya (Qətər) köçürmək qərarına gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat yayıb.

Xatırladaq ki, rəsmi Tokio daha əvvəl Kabildəki diplomatik missiyasını müvəqqəti olaraq bağlayıb, səfirliyin bütün işçiləri Dubaya təxliyə edilib, İstanbulda müvəqqəti nümayəndəlik açılıb. Yaponiya XİN Qətərdəki diplomatik nümayəndəliyi vasitəsi ilə hələ də Əfqanıstanda qalan ölkə vətəndaşlarının təxliyəsi üçün “Taliban” hərəkatı ilə dialoq qurmaq niyyətindədir.

Qeyd edək ki, "Taliban" xarici qüvvələrə ölkəni tərk etmək üçün avqustun 31-dək vaxt vermişdi.

Azvision.az



Teqlər: Yaponiya   Əfqanıstan  





Xəbər lenti