Bu günə qədər 313 nəfərə əks göstəriş sertifikatı verilib - Səhiyyə Nazirliyi

  01 Sentyabr 2021    Oxunub :526
   Bu günə qədər 313 nəfərə əks göstəriş sertifikatı verilib -    Səhiyyə Nazirliyi
"Avqust ayının 9-dan bugünə qədər ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib və həmin şəxslər artıq əks göstəriş sertifikatı alıblar".
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.

"Nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əks-göstərişsertifikatı  







Xəbər lenti